Gəncədə kişi narkotikdən zəhərlənərək ölüb.
Gəncə Şəhər Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, 1992-ci il təvəllüdlü Həsənov Emin Şahmalı oğlu yüksək dozada narkotik maddə qəbul edib.
E.Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.