Xəbər verdiyimiz kimi, Bakı sakini Fuad Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb. Polis tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar. Dəstə üzvləri arasında yer alan Səbinə Atakişiyevanın törətdiyi əməl tənqid olunsa da, gözəlliyi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri belə gözəl qızın cinayət törətməsinə təəssüfləndiyini bildiriblər.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, indiyədək müxtəlif əməllərə görə həbs olunan gözəl qadın təkcə Səbinə deyib. Onlardan bir neçəsini təqdim edirik:
Səidə Kərimova - O, sevgilisi ilə birlikdə oğurluq etdiyi üçün 2017-ci ildə həbs olunub. Gözəlliyi ilə diqqət çəkən Səidə iki il öncə Yeganə İsayevaya zor tətbiq edərək əlindəki pul kisəsini alaraq hadisə yerindən qaçıblar.
Gülnarə Əzizova - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Gülnarə Əzizova 2014-cü ildə ərini öldürməkdə təqsirli bilinərək, həbs edilib. Qətli törədən Gülnarə 4 il həbsxanada cəza çəkib. O, həbs cəzasının bitməsinə 3 il qalmış ötən il Prezident İlham Əliyevin sərəncamı ilə əhv olunub.
Qətlə səbəb isə ərinin Gülnarə Əzizovanı döyməsi, təhqir etməsi, işgəncələr verməsi olub. O, narkotik aludəçisi olan ərindən boşanmaq istəsə də, buna nail ola bilməyib. Gülnarə ərini yatan yerdə bıçaqladıqdan sonra intihar etmək istəyib. Lakin bu zaman o, 9 yaşlı qızını görüb və özünü öldürümək fikrindən daşınıb. Maraqlıdır ki, cinayəti Gülnarənin qardaşı öz üzərinə götürmək istəsə də, qadın buna razı olmayıb və polis könüllü təslim olub.
Qeyd edək ki, Gülnarənin qətlə yetirdiyi əri onun dayısı oğlu olub. Əzizova ərə gedəndə onun 17 yaşı olub.
Gülnarə Novruzova - O, iki il öncə Bakının Nəsimi rayonunda yerləşən gözəllik salonuna bəzəmək adı ilə gələrək, müştərilərin və işçilərin başlarının qarşıq olduğunu görüb çantalardan oğurluq edib. 2017-ci ilin mayında paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 dollar, 1000 manat olan pulqabı, habelə sənəd oğurlanıb. Araşdırma zamanı məlum olub ki, qadın eyni əməli Nərimanov rayonunda da 4 qadına qarşı törədib. Amma bu, Gülnarə Novruzovanın son əməli də olmayıb. O, əcnəbi vətəndaşın cibindən 180 dollar, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 dollar pul oğurlayıb.
Rəşidə Seyidova - O, soyğunçuluq maddəsiylə ittiham olunub. 31 yaşlı qadın ABU-nun jurnalistika fakültəsinin məzunu olub. 2009-cu ildə ailə həyatı quran Rəşidə, 7 il sonra boşanıb. O, öz ixstisası üzrə yox, gözəllik salonunda işləyib. İki uşaq anası olan qadın ikinci əriylə birgə öz bibisinin evindən oğurluq edib. O, 9 il müddətinə azadlığdan məhrum edilib.
Ülkər Qədirova - Onun anası həkim, atası isə vaxtı ilə yüksək vəzifədə çalışıb. İxtisasca hüquqşunas olan Ülkər, ali təhsilini baş vurduqdan sonra dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. 11 il azadlıqdan məhrum edilən Qədirova, tamahının qurbanı olub. O, işə düzəltmək adıyla insanların pulunu mənimsəyib. Onun cinayət işində 20 nəfər iddiaçı olub. Məhkəmin hökmü Ülkər Qədirovanın qızının ad gününə təsadüf edib.
Qalina Babayeva - 1977-ci ildə Bakıda anadan olub. O, ana və atasını 16 yaşında, öz doğum günündə avtomobil qəzasında itirib. Qalina 2002-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasının qalibi olub. Müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının bitməsinə 3 il 7 ay qalmış Prezident İlham Əliyevin sərəncamı ilə əhv olunub.
Günel Huseynova - Onun törətdiyi cinayət 2016-cı ildə gündəmi ən çox məşğul edən hadisələrdən olub. Belə ki, 3 il öncə "Qızıl Məryəm" kimi tanınan iş adamı Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü G.Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar. Günel Hüseynova anasının qətlinə görə 18 il azadlıqdan məhrum edilib.
Mərhumun qızı vaxtı ilə bir neçə geyim mağazasının siması olub.