Median.Az xəbər verir ki, Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki mağazadan 873 manat oğurlayan Bakı şəhər sakinləri A.Həsənov, R.Dadaşzadə və onun qardaşı H.Dadaşzadə saxlanılıblar.
Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan 250 manat pul, 50 manat dəyərində bijüteriya və ərzaq məhsulları oğurlayan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.