Median.Az xəbər verir ki, sentyabrın 25-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında şəxsiyyəti məlum olmayan 3 nəfər Sabirabad rayon sakini H.Bağırlını aldadıb, mobil telefonunu alıblar.
Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini M.Səmədov, Ağdam rayon sakinləri E.Bəşirov və C.Mustafayev saxlanılıblar.
Faktla bağlı CM-nin 178-ci (dəldəduzluq) maddəsi ilə istintaq aparılır.