Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisindəki evdən, içərisində 1800 dollar olan seyfi oğurlayan akı şəhər sakinləri C.Cəbiyev, K.Nəcəfov və S.Atakişiyeva saxlanılıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.