Bakıda kütləvi dava olub.
Median.Az "unikal.org”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ədalət Məhəbbət oğlu Muxtarov ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.
Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.
Hər iki şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.