Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən, 1 həyətyanı sahədən məişət əşyaları oğurlayan Qobu qəsəbə sakinləri E.İmdalıyev, C.Ağayev və onun qardaşı saxlanılıb.
Araşdırrma zamanı, onların onların daha 3 evdən və 1 zavoddan təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaları məlum olub.
Cinayətlərdə iştirak etmiş əvvəllər məhkum olunmuş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.