Median.Az xəbər verir ki, DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma ilə sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində, naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu alması müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.