Bakının Xəzər rayonunda qayınatası tərəfindən qətlə yetirilən qadının şəxsiyyəti dəqiqləşdirilib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu, 30 yaşlı Cəmilə Məhərrəmovadır.
***
Bakıda qətl törədilib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda qayınata gəlini baltalayaraq qətlə yetirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları hadisə yerinə gedib.
Hələlik qətli törədən və ölən şəxsin kimliyi məlum deyil.