Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əliyeva avqustun 28-də çantasından, içərisində 2000 manat və 2 ədəd bankomat kartı olan pulqabısının oğurlandığını bildirib.
Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.