Arvadı ilə dalaşdı, sevgilisini öldürmək planı qurdu – Bakıda şok olay » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Arvadı ilə dalaşdı, sevgilisini öldürmək planı qurdu – Bakıda şok olay

Bakıda arvadını qısqanclıq zəminində öldürməyə cəhd etməkdə təqsirli bilinən Kəlbəcər rayonundan olan məcburi köçkün Fərid Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, Fərid Babayev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) Nəsimi rayonu, Cavadxan küçəsində olan mənzillərdən birində 2015-ci ildən nikahdan kənar arvadı olan Samirə Verdiyevanı öldürmək istəyib.

Sevgilisi dalaşdı

Belə ki, o, 28 iyul 2018-ci il tarixdə, saat 12.30-da kirayə yaşadığı mənzildə Samirə Verdiyeva ilə qısqanclıq zəminində aralarında mübahisə yaranıb.

Mübahisə edən Samirə Verdiyeva Fərid Babayevin rəsmi nikahda olan arvadı Sevilə və onun digər yaxın qohumlarına zəng edib. O, Sevilə və digər qohumlarına Fərid Babayevlə sevgi münasibətlərinin olması, faktiki olaraq bir yerdə yaşamaları barədə məlumat verib.

Mübahisə və qətl planı

Samirə Verdiyevanın bu hərəkətləri Fərid Babayevin ailəsində böyük narazılığa səbəb olub. Ailə də böyük narazılıqla qarşılanan söz-söhbətlərdən bezən Fərid Babayev Samirədən qısas almaqla onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Fərid Babayev mənzildən götürdüyü bıçaqla Samirə Verdiyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Ardıcıl zərbələrdən Samirə Verdiyevanın ölməsini güman edən Fərid Babayev zərbələri vurmağı dayandırıb.

Sevgilisini qan içində evdə atdı

Daha sonra Fərid Babayev qadını mənzildə huşsuz vəziyyətdə ataraq oranı tərk edib. Bir qədər sonra mənzilə gələn Samirə Verdiyevanın yaxınları onu huşsuz vəziyyətdə qan içində görüblər.

Onlar təcili olaraq Samirə Verdiyevanı xəstəxanaya çatdırıblar. Vaxtında tibbi yardım alan Samirə Verdiyevanın həyatını xilas etmək mümkün olub.

Özünə gələn qadın sevgilisini satdı

Özünə gələn Samirə Verdiyeva hadisənin sevgilisi Fərid Babayev tərəfindən törədildiyini istintaq orqanını əməkdaşlarına deyib. Onun ifadəsi alınandan sonra Fərid Babayev həbs edilib.

İstintaq orqanı tərəfindən Fərid Babayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cəza: 7 il 10 ay 15 gün...

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Fərid Babayevin əməli tam sübuta yetirilib. O, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fərid Babayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Sevgilisi ilə barışdı, cəzadan azad olundu

Qərara görə, Fərid Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib.

Prokuror şikayət etdi, təmin edilmədi

Bu maddə ilə də Fərid Babayevə cəza təyin olunmayıb. Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması olub. Bunu əsas götürən hakim heyəti Fərid Babayevi cinayət məsliyyətindən azad edib və Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan ittihama xitam verib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda protestin təmin edilməməsi barədə qərar qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 860 21.09.19 19:07