Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evdən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Göyçay rayon sakini E.Qəhrəmanov və Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - C.Xəlilov və N.Musayev saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.