Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kənd sakini H.Mərdanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Yolçubəyli kənd sakini A.Cəfərova məxsus yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 440 qram marixuana götürülüb.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Türkman kəndinin ərazisində, kənd sakini E.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 2 qrama yaxın marixuana aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.