Bakıda mağazadan oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, oğurluq hadisəsilə bağlı Xətai RPİ 34-cü PŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə sentyabrın 17-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 583 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.
Müəyyən edilib ki, o, daha bir mağazadan da 72 manat və mobil telefon oğurlayıb.//lent.az