Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.
Median.Az-ın oxu.az-a istinadən məlumatəına görə, ticarət mərkəzlərinin birinin qarşısında iki şəxs arasında dava düşüb.
Bu zaman tərəflərdən biri digərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, məqsədi vətəndaşı öldürmək olan şəxsi polis zərərsizləşdirib:
“İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib. 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb, müvafiq polis şöbəsinə təhvil verilib”.
E.Hacıyev qeyd edib ki, faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir. Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.
Hadisənin görüntülərini Bakupost saytı yayımlayıb.