Median.Az xəbər verir ki, Xəzər RPİ 3-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında naməlum şəxsin aldadaraq, onlardan ümumilikdə 230 manat pul aldıqlarını bildiriblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Elton Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.