Gəncədə bıçaqlanma olub.
Hadisə Fikrət Əmirov küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Orucov Həsən Mehman oğlu başından bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə başın böyük çapılmış yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/