Median.Az xəbər verir ki, sentyabrın 14-də Liman şəhərində vətəndaş Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran ŞRPŞ-nə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törədən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar. Məlum olub ki, V.Hüseynov mərhumun bacısı oğludur.
Lənkəran rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.