Median.Az xəbər verir ki, “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlayan qadın ərazidə xidmət aparan Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qaradağ RPİ 10-cu polis bölməsinə təhvil verilən şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.
Araşdırma aparılır.