Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.
Oxu.az-ın araşdırmasına görə, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.
O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, düz 10 il əvvəl (sentyabrın 11-də) həmin yarışda bürünc medal qazanıb.
Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.