Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov, sentyabrın 9-da naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək, 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev saxlanılıblar.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.