Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə bildirib ki, sentyabrın 8-də rayon ərazisində işlədiyi köşkə girən naməlum şəxs onu bıçaqla hədələyib 650 manat pulunu alıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.