Yay ayları olduğu üçün ümumiyyətlə mənzil bazarında nisbi ucuzlaşma hiss olunur. Konkret olaraq yay ərəfəsində - mayda Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayı ilə müqayisədə artıq 1,8 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 5,1 faiz artıb.
Median.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətindən bildiriblər.
Bu ilin mayında mənzilin bir kvadrat metri üçün orta qiymət 1008 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 959 dollara bərabər olub.
Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin mayında bir kvadrat metr üçün 712 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 767 dollar olub.
Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 35,9 faizi üçotaqlı, 30,2 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.
Dörd və daha çox otaqlı mənzillərin payı 20,8 faiz təşkil edib.
Bakıda təkrar mənzillər daha çox Yasamal (23,9 faiz), Nərimanov və Binəqədi (17,2 faiz), Xətai (16,7 faiz) və Nəsimi rayonlarında (14,5 faiz) satışa çıxarılıb.