Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərə şirkəti arasında birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

Nazirlikdən verilən məlumata görə, institutun ərazisində belə bir müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda giləmeyvə sortlarının artırılması ilə bağlı layihənin icrasını həyata keçirmək, həmçinin fermerləri məhsuldar giləmeyvə şitil və tingləri ilə təmin etməkdən ibarətdir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, bu istiqamətdə işlərə 3 il əvvəl başlanılıb. İngiltərədən gətirilən çiyələk, moruq və böyürtkən bitkiləri sınaq müddətində institutun təcrübə bazasında becərilib. Bu bitkilərin yerli iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı istiqamətində müsbət nəticələr əldə edilib. Xarici şirkət nümayəndələri ilə həmin təcrübə sahələrinə baxış keçirildikdən sonra bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun sayılıb.

İki ay müddətində yaradılması nəzərdə tutulan birgə müəssisədə işlər üç mərhələdə həyata keçiriləcək. Əvvəlcə İngiltərədən yerli iqlim şəraitinə uyğun giləmeyvə sortları gətiriləcək. Daha sonra həmin sortların şitil və tingləri yetişdirilərək artırılacaq. Son mərhələdə isə giləmeyvə becərmək istəyən fermerlər aşağı qiymətlə həmin şitil və tinglərlə təmin olunacaqlar.

İ.Qurbanov bildirib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müasir biotexnologiya laboratoriyası fəaliyyət göstərir. Gələcəkdə xaricidən gətirilən giləmeyvə sortlarının bu laboratoriyada artırılması və idxalın qarşısının alınması mümkün olacaq.//milli.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 654 08.05.19 19:30