Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) Albaniyanın dağlıq ərazilərini qət edib.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu TAP-ın Albaniya üzrə meneceri Malfor Nuri deyib.
O bildirib ki, TAP xarici investisiyaların həcmi baxımından Albaniyanın ən iri layihəsidir:
"Biz fəxr edirik ki, çətinliklərin öhdəsindən gələrək boru kəmərini dəniz səviyyəsindən 2 min metr yüksəklikdən keçirə bilmişik".
Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.