Gürcüstanın qaz bazarının əsas iki seqmenti - əhali və elektrik enerjisi istehsalı tamamilə Azərbaycan qazının hesabına təmin olunur və olunacaq.
Sputnik-Gürcüstan-ın məlumatına görə, bu ölkənin iqtisadiyyat və inkişaf nazirinin müavini Natiya Turnava belə deyib.
“Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalmaqdadır və yaxın illərdə ölkəmiz Azərbaycandan daha çox qaz alacaq”.
Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi tam işə salındıqdan sonra, Gürcüstan Azərbaycan qazının ixracında tranzit ölkə olaraq öz qaz ehtiyatlarını əldə edəcək. Bu resurslar əhalinin sosial cəhətdən zəif təbəqəsinin təmininə və elektrik enerjisi problemlərinin aradan qaldırılmasına sərf olunacaq.
2018-ci ildə Gürcüstan Azərbaycandan 2,6 milyard kubmetr qaz alıb.