2018-ci il ərzində Bakıdakı məşğulluq xidməti orqanlarının işsiz statusu verdiyi şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı açıqlanıb.
Median.Az teleqraf.com-a istinadən bildirir ki, ötən il paytaxtda 9 243 nəfərə işsiz statusu verilib ki, bunun da 3 703 nəfərini qadınlar təşkil edib.
İl ərzində 599 nəfərə işsizlik müavinəti ödənilib ki, bunun da orta məbləği 198,7 manat olub.
Ötən ilin sonuna Bakıda işçi qüvvəsinə olan tələbat 2 191 nəfər təşkil edib ki, bunun da 1 932 nəfəri fəhlələr olub.