Ötən il 15 minə yaxın gənc işlə təmin edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |    

Ötən il 15 minə yaxın gənc işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasıdır.

Nazirlikdən verilən məlumata görə, ötən il Xidmətin xətti ilə 51 774 nəfər işlə təmin olunub və onlardan 14 700-nü gənclər təşkil edib.

Xidmət tərəfindən ödənişli ictimai işlərə cəlb edilən 1022 nəfərdən 319-ü, peşə hazırlığı təşkil olunan 2 559 nəfərdən 1270-i gənclər olub. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası işlərində də gənclər diqqətdə saxlanılır. Ötən il 7267 nəfər özünüməşğulluq proqramına cəlb edilib və onlardan 1026-sı gənclərdir. Onlar proqram çərçivəsində verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar və bu da onların kiçik biznesə çıxışına imkan yaradıb.

Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün keçən il əsasən orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 118 138 gəncə peşəyönümü məsləhətləri verilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində isə bu kateqoriyadan olan 355 gənc peşə hazırlığı kursları keçib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib.

BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonunda yaradılmış SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Mərkəzlərində 800-ə qədər gənc müasir iş axtarışı bacarıqlarına yiyələnib və onlardan əksəriyyəti bu bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 496 02.02.19 21:46