Ünvanlı sosial yardımla bağlı - MÜHÜM YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |    

Ünvanlı sosial yardımla bağlı - MÜHÜM YENİLİK

Bu gündən sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl addımlar atılır.

Belə ki, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də bu gündən etibarən ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edə bilərlər. ÜDSY üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə (SUN) dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.

Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ÜDSY üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 501 29.01.19 16:13