Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bu problem həll edilməsə, növbəti beş ildə toyuq ətinin idxalı 50 faizə çata bilər

27.11.2018 16:18 5 812
Bu problem həll edilməsə, növbəti beş ildə toyuq ətinin idxalı 50 faizə çata bilər
Azərbaycanda diri quşların daşınması dayandırılmasa, növbəti beş ildə quş əti və yumurta istehlakında idxaldan asılılığımız 50 faizə çata bilər. Səbəb quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsidir.

Azərbaycanda diri quşların daşınması dayandırılmasa, növbəti beş ildə quş əti və yumurta istehlakında idxaldan asılılığımız 50 faizə çata bilər.

Median.Az Modern.Az-a istinadən xəbər verir ki, səbəb quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsidir.

Zərəri ildən-ilə iri quşçuluq təsərrüfatlarının maliyyə hesabatlarında və istehsal etdikləri məhsulun həcmində izləmək mümkündür. Quş əti təsərrüfatlarının istehsal gücünün artırılması və yeni sahələrin qurulması barədə müntəzəm məlumatlara baxmayaraq, quş əti və yumurtanın çatışmazlığı bazarda tez-tez hiss edilir.

Quşçuluğun kənd təsərrüfatının ən riskli sahələrindən olması bu fəaliyyətlə məşğul olanların ölkədəki “oynaq” epizootik vəziyyətlə mübarizəsindən xəbər verir. Bəs, ölkədə quşlar arasında xəstəliklər hansı səbəbdən yayılır və bunun qarşısı necə alına bilər?!

Köçəri quşlar nə gətirir?!

Hər il sentyabrın sonlarından başlayan köçəri quşların miqrasiyası quş xəstəliklərinin, xüsusilə, quşlar arasında hava-damcı infeksiyalarının baş qaldırdığı dövr kimi qeydə alınır.

Əlaqədar qurumlar -  Dövlət Baytarlıq  Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri köçəri quşların qışlamağa gəldiyi Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonları ərazisində mütəmadi monitorinqlər aparırlar. Amma sabitlik xəbəri yayan bu monitorinqlər quşçuluq müəssisələrinə, quş saxlayan fermerlərə və təsərrüfatlara təsəlli vermir. Baytarlar, azlıq təşkil edən məlumatlı fermerlər, orta və iri quş təsərrüfatları üçün bu dövr ilin ən qayğılı dövrü sayılır.

Elə biz istehlakçılar üçün də. Bilmədiyimiz səbəblərdən, dövri olaraq, mağaza və bazarlardan quş əti, yumurta “yoxa çıxır”, olanlar da tələbi üstələdiyindən qiyməti qalxır.

Statistikaya görə, Azərbaycan özünü quş əti ilə 80%, yumurta ilə 100,5 faiz təmin etmək imkanına malikdir. Bu məhsulların dövri olaraq yaranan çatışmazlığı narahatlığa əsas verir. Qıtlıq və onun aradan qalxdığı müddət naməlum səbəbdən deyil, məhz xəstəlik nəticəsində baş verən kütləvi tələfolmaya işarədir. Əks halda, bu qədər istehsal gücü müqabilində, belə qıtlıq yaranmazdı.

Diri quşun daşınması

Daha böyük təhlükə isə köçəri olmayan quşların – ev quşlarının nəzarətsizliyidir. Məsuliyyətsizlik təkcə həyətində ev quşu bəsləyən kəndlilərin baytar xidmətindən istifadə etməməsi ilə bitmir.

Quş xəstəliklərinin təhlükəsi onun daşıyıcılarının hər yerdə olması və insanlarla kontaktda yaşaması, bəzi xəstəliklərin mutasiya edərək, insana keçə bilməsidir.

Quş qripi, nyukasl və sairə kimi hava-damcı virusları quşlar arasında 3-15 km radiusda yayılma xüsusiyyətinə malikdir. Bu xəstəliklər çox qısa bir zamanda bütün ölkədə quşlar arasında tüğyan edə bilər. Bu virusların başqa bir təhlükəsi isə onun ötürücülərinin xəstəliyi tutma ehtimallarının – köçəri quşlar, qida, hava, torpaq və s. - çoxluğudur.

İndi təsəvvür edin ki, xəstəliyə yoluxmuş və ya havada “gəzən” virusa çox asan yoluxa bilən diri quşları hansısa təsərrüfatdan şəhərə - bazara aparırlar. Virusların da yayılma radiusu quşları daşıma vasitəsinin hərəkəti ilə genişlənir. Özü də xəstəliyin tək quşlara deyil, həm də insanlara keçmə təhlükəsi yaradaraq.

Toyuq əti istehlakında idxaldan asılı vəziyyətə düşmək istəmiriksə...

Köçəri quşların ölkəyə xəstəlik gətirməsində hansısa qurum və ya şəxs günahkar deyil. Lakin fermerler və təsərrüfatların virusa yoluxmuş və ya yoluxma təhlükəsi olan diri quşları uzaq məsafələrə daşıması birbaşa nəzarətçi əlaqədar qurumların və və bunu edən şəxslərin günahıdır.

Əhalinin insan orqanizmi, xüsusilə uşaqların inkişafı üçün vacib, qiymətcə  daha sərfəli olan quş əti və yumurta ilə müntəzəm təmini üçün diri quşların ölkə ərazisində daşınması və satışı dayandırılmalıdır. Təzə quş əti satmaq istəyənlər quşu yerində kəsib, təmizləyib sonra bazarlara və ticarət nöqtələrinə çatdıra bilərlər. Bu addım bizi və istehsalçıları həm xəstəliklərdən qoruyar, həm də idxaldan asılılıqdan.

Son xəbərlər