Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dava zamanı sahibkarın qulağını qopardılar - "Həsənoğlu Market"in sahibi imiş

26.11.2025 21:00 828
Bakıda dava zamanı sahibkarın qulağını qopardılar -
Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin məhkəməsi keçirilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə "Həsənoğlu Market"in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayonunun Sor-Sor kənd sakini, 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.

Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən "Həsənoğlu Market"in qarşısında baş verib.

Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Nihad ona irad bildirərək hücum edib. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib, həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad xəstəxanaya gedərək qulağını tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.

Son xəbərlər