Avtomobil ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Kadırov mümkün istefasından danışıb: "Putin necə desə, elə də olacaq"  |     22:50 Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO  |     22:41 Gədəbəydə 86 yaşlı kişi özünü ASDI  |     22:23 Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB  |     22:14 Tramp 8 mayı Qələbə Günü elan etdi  |     21:47 Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb  |     21:39 Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır  |     21:27 To Lam: "Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır"  |     21:20 Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)  |     21:06 Bakıda güclü yanğın başlayıb  |     20:39 Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı  |     20:20 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:13 Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun vergi borcu üzə çıxdı  |     20:03 Türkiyəli keçmiş futbolçu haqqında yayılan həbs xəbərlərinə aydınlıq gətirdi  |     19:54 "Microsoft" "Windows" parametrlərini dəyişə bilən süni intellekt təqdim edəcək  |     19:46 Azad Məcidov TƏQAÜDƏ GÖNDƏRİLDİ  |     19:09 "Meydan TV" işi üzrə saxlanılan jurnalist həbs edilib  |     18:58 "Hökumət onlayn kreditə qadağa qoymalıdır" - İqtisadçı ekspert  |     18:48 IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək  |     18:29 Paşinyan növbədənkənar parlament seçkisi ilə bağlı danışdı  |    

Avtomobil ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.

Median.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.

Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 227 04.08.18 13:25