Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

"Microsoft" "Windows" parametrlərini dəyişə bilən süni intellekt təqdim edəcək

07.05.2025 19:54 1 305
"Microsoft" şirkəti "Windows 11" üçün genişmiqyaslı yeniləmə hazırlayır. Bu yeniləmə bir sıra süni intellekt funksiyalarını əhatə edəcək və onların əsasını parametrlər tətbiqində yerləşdirilən yeni intellektual köməkçi təşkil edəcək.

Söhbət sadəcə söhbət botundan deyil, istifadəçinin istəyi ilə sistem parametrlərini müstəqil şəkildə tənzimləyə bilən tam funksiyalı agentdən gedir. Bu süni intellekt, məsələn, siçanın həssaslığını və ya mətn ölçüsünü səsli komanda ilə dəyişməyə imkan verəcək.

Yeni köməkçi parametrlər pəncərəsinin yuxarı panelinə yerləşdiriləcək və yalnız suallara cavab verməklə kifayətlənməyəcək, həm də konkret əməliyyatlar təklif edəcək. İstifadəçi razılıq verdiyi halda dəyişiklikləri avtomatik tətbiq etmək imkanı da olacaq.

Əvvəlcə bu funksiya yalnız ARM çipləri ilə təchiz olunmuş cihazlarda "Windows Insider" iştirakçıları üçün əlçatan olacaq. Lakin yaxın vaxtlarda bu yeniliyin adi x86 sistemləri üçün də istifadəyə veriləcəyi gözlənilir. Tam reliz tarixi isə hələlik açıqlanmayıb.

Bununla yanaşı, "Microsoft" "Windows 11"də digər funksiyaları da yeniləyir. Məsələn, "Foto" tətbiqinə süni intellektlə idarə olunan dinamik işıqlandırma əlavə olunacaq. Bu xüsusiyyət üç virtual işıq mənbəyi vasitəsilə fotoların daha çevik redaktəsini mümkün edəcək.

"Snipping Tool" alətinə isə ağıllı kəsim, mətn tanıma və dəqiq rəng seçimi üçün pipetka funksiyaları əlavə olunacaq.

"File Explorer" (Fayl meneceri) də daha ağıllı olacaq: istifadəçi sadəcə sağ düymə ilə klikləməklə video faylın qısa xülasəsini və ya sənədin sadələşdirilmiş məzmununu əldə edə biləcək.

Qeyd edək ki, daha əvvəl "Microsoft" bəzi istifadəçiləri zorla yeni "Windows" versiyasına keçirməyə başladığı barədə məlumatlar yayılmışdı. Bu proses yalnız müvəqqəti olaraq təxirə salına bilər.
//qaynarinfo

Son xəbərlər