Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

"Windows 11"də superkeyfiyyət funksiyası yarandı

25.10.2024 12:29 1 284
"Microsoft" korporasiyası "Windows 11" əməliyyat sistemində yeniliklərin tətbiqini davam etdirir. Bu dəfə şirkət şəklin ölçüsünü keyfiyyət itkisi olmadan 8 dəfə artıra bilən superkeyfiyyət (superresolution) funksiyasını təqdim edib. Süni intellekt əsasında işləyən bu seçim artıq beta-testerlər üçün əlçatandır.

Bu barədə əməliyyat sisteminin saytında bildirilib.

Superkeyfiyyət fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün neyron prosessor və xüsusi alqoritmlər istifadə edir. Hələlik bu funksiya yalnız bu ilin mayında buraxılmış "Qualcomm" çipləri əsasında "Copilot+" kompüterlərində mövcud olacaq. Lakin "Microsoft" gələcəkdə bu seçimin əlçatanlığını genişləndirməyi planlaşdırır.

"Windows 11"də daxili şəkil redaktoru indi sürüşdürücü vasitəsilə yaxşılaşdırılmış şəklin istənilən ölçüsünü seçməyə imkan verir. "Microsoft"un bildirdiyinə görə, superkeyfiyyət xüsusilə köhnə şəkillərin bərpası və aşağı keyfiyyətli şəkillərin plakatlarda çap üçün hazırlanması üçün faydalı olacaq.

Bundan əlavə, bütün "Windows 11" istifadəçiləri daxili "Şəkillər" tətbiqində optik simvol tanıma (OCR) texnologiyasına çıxış əldə edəcəklər. Süni intellekt alqoritmləri şəkillərdəki mətni tanıya və onu gələcək istifadə üçün mübadilə buferinə köçürə biləcək. Qeyd edək ki, "Windows 11"də OCR dünyanın 160-dan çox dilini dəstəkləyir.скачать dle 11.3
Mojo.az Banner