“Fitch” Azərbaycan iqtisadiyyatının artım səbəblərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 Azərbaycan "Avroviziya 2025"də bu sırada çıxış edəcək  |     18:09 Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib  |     18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |     17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |     15:02 "Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi  |     14:42 Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı  |     14:23 VHP-dən Tənzilə Rüstəmxanlının hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT  |     13:36 TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqladı  |    

“Fitch” Azərbaycan iqtisadiyyatının artım səbəblərini açıqladı

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda siyasi-sosial sabitliyin qorunub-saxlanacağını açıqlayıb.

Median.Az
agentliyə istinadən xəbər verir ki, qurum eyni zamanda xarici valyutada emitetin defoltunun uzunmüddətli reytinqini “BB+”, sabit səviyyəsində təsdiqləyib.

Agentliyin proqnozuna görə, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin yüksək olması, qaz hasilatı, turizm və kənd təsərrüfatının inkişaf etməsi nəticəsində cari ildə 2 faiz artım nümayiş etdirəcək.

O da bildirilir ki, Azərbaycanın makroiqtisadi sabitliyi inflyasiyanın cari ilin 5 ayında 3,2 faizə düşməsi fonunda yüksəlir. Qeyd edilir ki, 2017-ci ilin müvafiq dövründə bu rəqəm 12,9 faiz təşkil edirdi.

Bank sektorunda dollarlaşmanın azaldığını vurğulayan agentlik bank depozitlərində dolların payının 2017-ci ilin sonundakı 67 faizdən 2018-ci ilin iyun ayının 1-nə 63 faizə, kreditlər üzrə isə 41 faizdən 39 faizə düşdüyünü irəli sürür.

“Fitch” cari il üzrə tədiyyə balansının profisitinin ÜDM-in 6,4 faizinə yüksələcəyini proqnozlaşdırır:

“Buna neftin yüksək qiyməti, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, “Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracı təsir edəcək./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 618 28.07.18 14:50