Deputat: Torpaqları təyinatı üzrə istifadə etmirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |     11:45 BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya  |     11:44 Azərbaycan Polisi 107 yaşında  |     11:42 Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO  |     11:36 Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA  |     11:23 Zaxarova: "Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə önəmlidir"  |     11:17 İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  |     23:04 Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır  |     22:45 Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu  |     22:35 Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |    

Deputat: Torpaqları təyinatı üzrə istifadə etmirlər

Bəzi insanlar, sahibkarlar, iş adamları hələ də icarəyə götürdüyü torpaqlardan təyinatı üzrə istifadə etmirlər. Hektarlarla torpaqları çəpərləyib başqa məqsədlər üçün istifadə etməyi nəzərdə tuturlar.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

O bildirib ki, “Torpaq icarəsi haqqında”, o cümlədən Torpaq Məcəlləsinə təklif olunan dəyişikliklər bu baxımdan çox önəmlidir:

“Ümumiyyətlə, kənd təsərrüfatı deyəndə ilk növbədə, torpaqlar göz önünə gəlir. Ancaq təəssüf ki, bir çoxları hələ də qanunlara əməl etmirlər. Hektarlarla torpaqları icarəyə götürüb, çəpərləyib, təyinatı üzrə istifadə etmirlər.

Sadəcə, ilin sonunda cüzi miqdarda ödəmə ilə işlərini bitmiş sayırlar. Odur ki, belələrinə qarşı qanunun dili ilə ciddi danışmaq lazımdır. Onlardan icarə müqaviləsinə əsasən, daha böyük məbləğdə ödəmə tələb olunsun və rəsmiləşdirilsin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 705 10.05.18 12:35