Mojo.az Banner
16:58 Zərdabda odlu silah tapıldı  |     16:56 “Hollywood” restoranında kütləvi dava - Tiktokeri döydülər  |     16:54 Kamran Əsədovun növbəti məhkəmə iclası başlayıb  |     16:28 Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  |     16:16 "Səkkiz" serialının yayımı bərpa OLUNDU  |     16:12 İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Sabiq deputatın biznes imperiyası çökür?  |     15:41 Qaradağda qanunsuz ov edənlər tutuldu  |     15:24 Oğurluq edən iki qardaş saxlanıldı  |     15:19 Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında" tutulub  |     15:03 3000 abonentin qazı kəsiləcək  |     14:54 Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı  |     13:58 Lerikdə güclü qar evin dam örtüyünü uçurub  |     13:39 Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur  |     13:24 Gəncədə "BakuBus"a məxsus avtobus PİYADANI VURUB  |     13:09 Bakıda gənc oğlan küçədə infarktdan öldü  |     13:01 "Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib  |     12:53 Onların müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq  |     12:48 Pensiyaçılara şad xəbər  |     12:20 Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib (Video)  |     12:08 Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video  |    
Left Banner
Right Banner

Azərbaycan daha 4 ölkəyə meyvə ixrac edə bilər

30.03.2018 19:16 2 381
Azərbaycan daha 4 ölkəyə meyvə ixrac edə bilər
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunun Yuxarı Zeyxur kəndində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti işgüzar forum keçirib.

Nazirlikdən verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə inkişafına yönəldiləcək və 80-dən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleksə baxış keçirilib. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxstan, BƏƏ və Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Sri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükünü, çeşidləmə və qablaşdırma, istehsal olunan məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətlər göstərəcəkdir ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaq.скачать dle 11.3