Xidməti müqavilələr qadağan ediləcək – HÖKUMƏTDƏN YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |    

Xidməti müqavilələr qadağan ediləcək – HÖKUMƏTDƏN YENİLİK

Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılması və işləyənlərin qeydiyyata alınması ilə bağlı ciddi tədbirlər hazırlanır. Median.az-ın məlumatına görə, burada tətbiq ediləcək inzibati addımlardan biri xidməti müqavilə ilə işləyən işçilərin əmək müqaviləsinə keçirilməsi olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan şirkətləri və işəgöürənləri işçilərlə münasibətlərdə geniş istifadə edirlər. Bu üsul o qədər geniş yayılıb ki, faktiki olaraq əmək müqaviləsinin alternativi sayılır.

Məlumat üçün bildirək ki, xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əmək haqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. Və bu zaman həmin məbləğdən fiziki şəxslərin gəlir vergisi (14%-dir) və DSMF-ə ödənişlər (ümumilikdə 25% təşkil edir) tutulmur. Xidmət göstərən tərəf yalnız müqavilə məbləğinin 4%-i həcmində sadələşdirilmiş vergi (regionlarda 2%) və ayda 21 manat DSMF ödənişi edir.

Nəticədə 1000 manat gəliri olan işçi əmək müqaviləsi ilə çalışanda dövlət büdcəsinə və DSMF-ə ayda - 140 manat + 250 manat + 10 manat olmaqla, ümumilikdə 400 manat ödəməli olduğu halda, xidməti müqavilə işləyəndə büdcəyə 40 manat, DSMF-ə 21 manat olmaqla ümumilikdə 61 manat ödəyir.

Məhz bu hesablamalara görə, hökumətdə xidməti müqaviləni müvəqqəti biznes ehtiyacı üçün tətbiq edilən vasitə deyil, vergidən və sosial ödənişlərdən yayınmanın bir üsulu kimi qiyətləndirirlər.



Böyük miqyaslarda yayıldığ üçün hökumət bu məsələnin tez bir zamanda həllinə çalışır. FED.az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə və Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.



Dəyişikliklərdə mülki-hüquqi müqavilələrin bağlanması şərtləri və onlara aid tələblər əksini tapacaq. O cümlədən belə müqavilələrin bağlanması üçün müddəti limiti qoyulacaq. İlkin məlumatlara görə xidməti müqavilələrin 3 aydan artıq müddətə bağlanması qadağan ediləcək. Bundan başqa, xidməti müqavilə ilə işləyənlərin iş rejiminin adi işçilərdəki kimi olmaması, onların sərbəst qrafiklə işləməsi tələb kimi qoyulacaq. Bu məsələnin əhəmiyyəti ondan ibarətdir ki, iş yerində adi işçi qrafiki ilə işləyənlərin hamısı ilə əmək müqaviləsinin bağlanması tələb ediləcək.



Hökumətdə hesab edirlər ki, əmək müqavilələrinin bağlanması həm büdcəyə və DSMF-ə ödənişlərin artımına, həm də işçilərin özlərinin hüquqlarının qorunmasına kömək edəcək. Məsələ ondadır ki, əmək müqaviləsi ilə işləyənlərdən fərqli olaraq xidməti müqavilə ilə işləyənlər məzuniyyət, işsizlikdən sığorta və həyat sığortası kimi üstünlüklərdən istifadə edə bilmirlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 411 15.03.18 11:07