Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |    

Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər

Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.

Median.Az
Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də, ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə - Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.

Görüşlərdə bildirilib ki, hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də, ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir.

Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 699 14.03.18 12:13