Azərbaycan Mərkəzi Bankı iki BOKT-nin vəzifəli şəxslərini cərimələyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycan Mərkəzi Bankı iki BOKT-nin vəzifəli şəxslərini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

"Report" xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq "Azinvestkedit" MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat, məcəllənin yalnız 598.1.2-ci maddəsinə müvafiq olaraq isə "Para" ASC-nin vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 05.11.24 13:31