Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 41 ölkəyə 20 165 aviareys təşkil olunub.

"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 325 aviareys (19,7 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 865 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.

9 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 517 reys olub ki, bu da illik müqayisədə 4,3 % çoxdur.

İlk üçlüyə 2 301 reyslə (+31,9 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 532 (+ 30,4 %), Səudiyyə Ərəbistanı 660 (- 7,9 %) , Qazaxıstan 637 ( + 4,9 %), Hindistan 495 ( + 4,6 dəfə) , Qətər 444 (+ 62,6 %), Küveyt 331 (+ 20,3 %) və İsrail 328 ( + 19,7 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan Özbəkistan (326 aviareys, - 31,3 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

Təkcə sentyabr ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 14,9 % artaraq 2 396 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 731 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 14 % çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 19.10.24 18:50