Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |    

Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Delta Capital" MMC valyuta mübadilə məntəqəsinin bir vəzifəli şəxsinə 2 886 manat məbləğində cərimə tətbiq edib.

Bu barədə AMB məlumat yayıb.

"Delta Capital"ın vəzifəli şəxsi "Valyuta tənzimi haqqında" Qanunun 16-1.1-ci maddəsinin, habelə "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib", - AMB bildirir.

Mərkəzi Bankın digər qərarı ilə, "Zuhur" MMC-nin bir vəzifəli şəxsinə isə 32 767 manat məbləğində cərimə tətbiq edilib.

"Zuhur" MMC-nin vəzifəli şəxsi isə AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində "Valyuta tənzimi haqqında" Qanunun 16-1.1-ci maddəsinin, habelə "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4, 3.6, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 27.08.24 14:57