Mojo.az Banner
20:25 Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı  |     20:24 Qeyri-neft sektoruna aid ixrac mallarının siyahısında qızıl birincidir  |     20:22 Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" Qanun dəyişdi  |     20:21 MİDA Şirvan Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır  |     20:16 Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşüblər  |     19:47 Bakıda çoxmərtəbəli binada yanğın başlayıb: Sakinlər təxliyə olunurlar  |     19:23 Manatla pul kütləsində artım qeydə alınıb  |     19:21 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edəcək  |     19:06 Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib  |     18:48 Anar Əsədliyə ittiham aktı elan edildi  |     18:24 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:03 İlk dəfə manatın məzənnəsi 25 Türkiyə lirəsini keçdi  |     17:09 Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi  |     17:02 Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı - Boğularaq öldürülüb  |     17:00 Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq  |     16:51 Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı həbs edilib  |     16:25 AYNA-ya yeni səlahiyyət verildi  |     16:20 Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib  |     15:53 Ağdaş sakinləri Şirvan kanalının yenidən qurulması ilə bağlı kompensasiya alacaqlar  |     15:44 Bakıda binanın zirzəmisindən kişi meyiti tapıldı  |    
Left Banner
Right Banner

Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başladı

01.08.2024 22:56 1 167
Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başladı
Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz təchizatına başlayıb.

Bu barədə SOCAR-dan bildirilib.

Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan "Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

SOCAR və "Geoplin" uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.скачать dle 11.3