Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda avtomobillərin bahalaşması gözlənilir

29.11.2025 19:59 948
Azərbaycanda avtomobillərin bahalaşması gözlənilir
Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur.

Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir. Yeni ildən etibarən bu güzəştlər qüvvədən düşəcək və hibrid də, elektriklə işləyən avtomobillər də digər nəqliyyat vasitələri ilə eyni vergi rejiminə daxil ediləcək. Bununla yanaşı, idxal zamanı həm gömrük rüsumu, həm də ƏDV tətbiqi bərpa olunacaq. Güzəştlərin ləğvi artıq geniş müzakirələrə yol açıb. İndi hamını düşündürən əsas sual budur ki, güzəştlər ləğv edildikdən sonra avtomobil bazarında vəziyyət necə dəyişəcək? İnsanlar yenidən ikinci əl avtomobillərəmi yönələcəklər?

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, bu dəyişikliklərdən sonra gələn ildən avtomobillərin qiymətlərində artım olduğu göz qabağındadır: "Hibrid avtomobillərlə bağlı hələ qərar təsdiqlənməmiş qiymətləri qaldırdılar. Hazırda əvvəlki qiymətlərlə müqayisədə avtomobillərin 2-3 min manat civarında bahalaşdığı hiss olunur. Avtomobil ticarətçiləri bu xəbərlər çıxana kimi ölkəyə 22 min manata gətirdikləri maşınları artıq 25 minə satırlar. Hətta qiymət artımı ikinci əl avtomobil bazarında da özünü göstərməkdədir. İşlənmiş avtomobillərin də qiyməti 1000-2000 manat civarında qalxıb. Elektrikli avtomobillərdə vəziyyət hələ ki əvvəlki kimi qalsa da, onların da bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, hələ 2026-cı il deyil və qiymətlər qalxıbsa, bu o deməkdir ki, gələcəyə doğru qiymətlər daha da artacaq. 2026-cı ildən sonra isə qiymətlərin kəskin bahalaşması gözlənilir”.

A.Nəbiyevin fikrincə, indidən ikinci əl avtomobil bazarına meyillənmə mövcuddur: "İnsanların Çin maşınlarına bu qədər həvəs göstərməsinin səbəbi onların nisbətən ucuz olması idi. 30 min manata işlənmiş mexaniki avtomobili alırdısa, həmin qiymətə daha komfort Çin maşını sifariş etmək mümkün idi. Artıq bu avtomobillərin bazarı da formalaşdı. İkinci əl maşınlar da bazara çıxır. Hətta alıcıları da var. Düşünürəm ki, dəyişikliklərdən sonra ikinci əl bazarına tələbat daha da artacaq. Bir neçə aydan sonra qiymətlərdə xeyli fərq olacaq. Hətta yeni avtomobillərlə ikinci əl avtomobillərin satışı bir müddət bərabər səviyyədə olacaq”.

Ekspert düşünür ki, qiymət artımından sonra ənənəvi avtomobillərin bazarı canlanacaq: "Hibrid avtomobillərin qiymətində yüksəlmə baş verdikdən sonra ənənəvi avtomobillərə də maraq arta bilər. Halbuki son vaxtlar insanların həmin avtomobillərə marağı ölmüşdü”.

İqtisadçı-ekspert Asif İbrahimov da indidən bazarda avtomobil qiymətlərinin yüksəldiyini təsdiq edir: "Ölkəmizə sürətlə hibrid və elektromobil avtomobillər daxil oldu. Bu proses bütün dünyada gedir. Daha ucuz başa gəldiyi üçün insanlar bu avtomobillərə yönəldilər. Ölkəmizdə də həm qiymətlərinin ucuz olması, həm gətirilmə şərtlərinin asanlığı, ƏDV olmaması, rəsmi mağazalardan alarkən kredit şərtlərinin əlverişli olması bu bazarı canlandırdı. Lakin artıq yeni ildən bu avtomobillər üçün olan güzəştlər ləğv edilir. Güzəştlər hələ ləğv edilməyib, amma qiymətlərin dəyişdiyini müşahidə edə bilirik. İstehlakçılar artıq qiymətlərin 4-5 min civarında bahalaşdığını bildirirlər”.

A.İbrahimovun sözlərinə görə, ümumi avtomobil bazarında qiymətlər kökündən formalaşacaq: "Hibrid və elektromobillər ölkəyə gətirildikdən bəri ənənəvi avtomobil bazarında qiymət enmələri müşahidə edildi. Düşünürəm ki, güzəştlərin ləğvindən sonra onların da qiymətində müəyyən dəyişiklik baş verəcək. Bahalaşma olacağı gözlənilir. Qiymətlərin bahalaşması ümumi avtomobil bazarına da öz təsirini göstərəcək”.

İqtisadçının fikrincə, qiymətlər nə qədər bahalaşsa da, bu avtomobillərə olan tələb tamamilə azalmayacaq: "Amma düşünmürəm ki, güzəştlərin ləğvi bu avtomobillərin gətirilməsini tamamilə dayandırsın. Çünki istehlakçılar qiymətlər yüksəlsə də, komfort üçün bu avtomobilləri seçməyə davam edəcəklər. Alıcılıq azala bilər, amma tamamilə dayanması gözlənilmir. Bu avtomobillərlə bağlı kredit şərtlərində müəyyən dəyişikliklər ola bilər”. ("Kaspi" qəzeti)скачать dle 11.3

Son xəbərlər