Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlinə 28 milyard manatı ötəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlinə 28 milyard manatı ötəcək

2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.

Median.Az
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

Gələn ilin əvvəlinə xarici dövlət borcunun 49,1 %-inin 5 ilədək, 44,7 %-inin 5- 10 il ərzində, 6,2 %-inin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.

Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

2025-ci ilin yanvarın 1-nə daxili dövlət borcunun 53 %-ini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5 %-i 1 illik, 72,6 %-i 2-3 illik, 7,9 %-i isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            375 29.07.24 22:31