Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK

Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğaclarının müayinəsini həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.

Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra edilir. Həmçinin, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 20.07.24 16:17