Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən avtomobillərlə yük gətiriblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |     15:30 "İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"  |     15:29 Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU  |     15:26 Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir  |     15:06 Azərbaycan ilk - Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq  |    

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən avtomobillərlə yük gətiriblər

Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin-Qazaxıstan-Rusiya - Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.

Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.

2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            513 27.06.24 19:45