Ləğv prosesində olan bankın əmanətçilərinin DİQQƏTİNƏ - Son 11 gün » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Ləğv prosesində olan bankın əmanətçilərinin DİQQƏTİNƏ - Son 11 gün

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Bankın ləğvedicisi təyin edilib.

ƏSF xəbər verir ki, “Günay Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən, “Günay Bank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət bu ilin mayın 26-da bitir. Bildirilir ki, kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilir.

“Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır”, - məlumatda deyilir.

Qeyd edilir ki, ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək “Günay Bank” ASC-nin 2200 əmanətçisinə 34 milyon 248 min 697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97,45%-i) kompensasiya ödənişi həyata keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 15.05.24 13:51