Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:30 Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi  |     13:22 Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var  |     13:21 Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq  |     13:02 Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib  |     12:59 Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama  |     12:52 Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq  |     12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |     12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |     11:40 Lənkəranın bəzi əraziləri işıqsız qalıb  |     11:35 Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır  |     11:21 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı  |     22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |    

Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq

Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir.

Xəbəri yayan mənbə yazır ki, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bazar ertəsi İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür.

Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək. Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması planlaşdırılır.

Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.

Dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki-üç dəfə azalmasıdır. Çabahar limanı İranın cənub-şərqində yerləşir. Hindistan və İran 2003-cü ildə limanın birgə inkişafı ilə bağlı razılığa gəliblər, lakin sonradan İrana qarşı beynəlxalq sanksiyalara görə layihə təxirə salınıb.

2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Nyu-Delhinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı.

2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.

Mənbə: The Economic Timesскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 13.05.24 11:59