"Bitcoin"in qiyməti 59 min dolları keçib. Bu, 20 noyabr 2021-ci ildən bəri ilk dəfə baş verib.
Bu barədə Qaynarinfo "CoinDesk” xidmətinin məlumatlarına istinadən xəbər verir.
"Bitcoin"in qiyməti fevralın 25-də kəskin artmağa başlayıb. O zaman qiymət 51 min dollardan çox olub. Bakı vaxtı ilə saat 17:15-ə olan məlumata görə, bitcoin 59,8 min dollardır.
"Bloomberg"in qeyd etdiyi kimi, bu tendensiya birja ticarəti fondları vasitəsilə investor tələbi ilə gücləndirilib.
Bundan əlavə, proqram şirkəti "MicroStrategy" bu yaxınlarda 155 milyon dollara təxminən 3000 bitcoin alıb. Hazırda şirkət təxminən 10 milyard dollar dəyərində "Bitcoin"lərə sahibdir.